SƏNAYE

Energetika Nazirliyi “Tekfen İnşaat” şirkəti ilə işləyəcək
29 MAY
696

Energetika Nazirliyi “Tekfen İnşaat” şirkəti ilə işləyəcək

2018-05-29 19:05:00

Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyənin “Tekfen İnşaat” şirkəti arasında alternativ və bərpaolunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Nazirlikdən bildirilib ki, sənədi Azərbaycan tərəfindən energetika nazirinin müavini Samir Vəliyev, Türkiyə tərəfindən isə “Tekfen İnşaat” şirkətinin prezidenti Levent Kafkaslı imzalayıb. Memorandum ölkəmizdə bərpaolunan enerji sahəsində qarşılıqlı maraq kəsb edən layihələrin müəyyənləşdirilməsi üçün birgə İşçi Qrupunun yaradılması, seçilmiş layihələrin icrası ilə bağlı İşçi Qrupunun fəaliyyət istiqamətləri, bu sahədə tədqiqatlar aparılması və tərəflərin öhdəlikləri kimi məsələləri nəzərdə tutur.

Qeyd edək ki, dünyanın 20-dək ölkəsində 350-dən çox layihə həyata keçirmiş “Tekfen İnşaat” şirkəti Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. Şirkət indiyə kimi Azərbaycanın neft-qaz sektorunun bir sıra mühüm layihələrinin həyata keçirilməsində uğurla təmsil olunub.

Eləcə də bax: Siyirtmə, quyu qapağı, yağış barmaqlıqları, yanğın hidrantı necə istehsal olunur? - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255