SƏNAYE

OPEC iyunda neft hasilatını artıra bilər
23 MAY
225

OPEC iyunda neft hasilatını artıra bilər

2018-05-23 09:51:00

OPEC iyunda neft hasilatını artıra bilər. Bu barədə təşkilatın iyunda keçiriləcək iclasında müzakirələr aparılacaq.

Qeyd edək ki, 2016-cı ilin iyununda təşkilat ölkələri gündəlik hasilat həcminin 1,8 mln. barel azaldılmasına dair qərar qəbul ediblər. 2017-ci ilin əvvəlindən icra olunan qərarın müddəti iki dəfə artırılıb. Sonuncu dəfə müddət 2018-ci ilin sonunadək uzadılıb.

Sözügedən məsələ bu həftə Sankt-Peterbuqrda Rusiya, Səudiyyə Ərəbistanı və BƏƏ nazirləri arasında müzakirə mövzusu olacaq. OPEC-in iclası isə iyunun 22-də Vyanada keçiriləcək.

Eləcə də bax: Tərtərdə qəribə ağac: 14 növ gilas 1 ağacda yetişir - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256