SƏNAYE

Sahələrdə kartof 0.15 qəpiyə düşdü
18 MAY
369

Sahələrdə kartof 0.15 qəpiyə düşdü

2018-05-18 14:40:00

Cəlilabadda kartof sahələrdə qalıb. Məhsuldarlıq ötən illə müqayisədə xeyli yüksək olduğundan qiymətlər enib. Fermərlər bu qiymətin onlara sərf etmədiyini əsas gətirərək, məhsulu sahələrdən yığmırlar. 
Kartof bol olsa da, alıcı tapılmır. Bir müddətdir ki, Cəlilabadda açıq sahələrdki kartofun yığımına başlanılıb. Fermerlərin sözlərinə görə, məhsuldarlıq ötən illə müqayisdədə xeyli yüksəkdir. Lakin qiymətlərin aşağı olması fermerlərin ürəyincə deyil. Yığım mövsümünün əvvəlində kiloqramı 50 qəpiyə olan məhsul indi 15-16 qəpiyə qədər ucuzlaşıb.
Təsərrüfat sahibləri deyilər ki, kartofun əsas ixrac olunduğu ölkələrdən biri Rusiyadır. Rusiya bazarlarına da son günlər başqa ölkələrdən kartof idxalı artdığı üçün buradan göndərilən məhsula təlabat azalıb. Kənd sakinləri də məhsulu daxili bazarlarda satmağa çalışırlar.Lakin hazırda yerli bazarlarda tələb olunanadan artıq məhsul satışa çıxarıldığı üçün qiymətlər də günbəgün aşağa düşür. 
Fermerlər bildirirlər ki, bölgələrdə soyducu anbarların çoxaldılması ilə məsələni qismən də olsa həll etmək olar.(Milli.Az)

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Eləcə də bax: Bizdə havayı, Avropada kiloqramı 2000 avroya olan MƏHSUL

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267