SƏNAYE

Azərbaycanda istixanalarda yetişdirilən pomidor xaricə də satılır
18 MAY
254

Azərbaycanda istixanalarda yetişdirilən pomidor xaricə də satılır

2018-05-18 13:10:00

“Araz Aqro Qrup” MMC-nin İmişlidə yerləşən istixanalarında pomidor yığımı həyata keçirilir. Ötən ilin dekabr ayında əkilən pomidor bitkisinin məhsulu artıq aprelin üçüncü ongünlüyündən etibarən tədarük olunur.

Yığım kampaniyasına ilk olaraq “Araz Aqro Qrup” MMC tərəfindən 2016-cı ildə tikilib istifadəyə verilən, 2 hektar sahəni əhatə edən istixana kompleksində başlanılıb. İstehsal prosesində yalnız təbii gübrə və dərman preparatlarından istifadə olunan istixanadan bu günə kimi 150 ton məhsul yığılıb ki, onun da 70 tonu xaricə ixrac edilib, 80 tonu isə daxili bazarlara çıxarılıb. Yığım kampaniyası iyul ayına kimi davam edəcək.

Qeyd edək ki, “Araz Aqro Qrup” MMC ötən il rayonda 2,5 hektarlıq daha bir yeni istixana kompleksini tikib istifadəyə verib. Bu istixana kompleksində də pomidor yetişdirilir. Kompleksdə 50 işçi çalışır. (Azərtac)

Eləcə də bax: Bizdə havayı, Avropada kiloqramı 2000 avroya olan MƏHSUL

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256