SƏNAYE

Sabirabadda 169 ailə ipəkqurdu bəsləyir
18 MAY
207

Sabirabadda 169 ailə ipəkqurdu bəsləyir

2018-05-18 10:26:00

Prezident İlham Əliyevin respublikada baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Sabirabadda uğurla icra olunur.

Rayon kənd təsərrüfat idarəsindən bildiriblər ki, ötən il rayonda 5 ton 34 kiloqram barama istehsal olunub. Cari mövsümdə isə 15 ton məhsul istehsalı nəzərdə tutulub və bunun üçün 338 qutu (6422 qram) inkubasiya olunan ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanılıb.

Dövlətin bu sahənin inkişafına göstərdiyi qayğı və məhsulun hər kiloqramı üçün verilən əlavə subsidiya rayonda bu sahəyə olan marağı artırıb. Ötən il rayon üzrə 56 ailə barama istehsalı ilə məşğul olmuşdusa, bu mövsüm 6-sı zəngilanlı məcburi köçkün ailəsi olmaqla 169 kümçü ilə müqavilə bağlanılıb və onlara ödənişsiz ipəkqurdu toxumu paylanılıb.

Rayonun Nizami kəndinin sakini, təcrübəli kümçü Teymur Bəhramov bildirib ki, ötən il ailə üzvləri ilə birlikdə 6 qutu (114 qram) ipəkqurdu bəsləyərək 750 kiloqram barama tədarük ediblər. 30-40 gün ərzində istehsal etdikləri məhsuldan 6750 manat gəlir əldə etdiklərini deyən T.Bəhramov bildirib: “Bu il də 6 qutu ipəkqurdu toxumu götürüb bəsləyirik. Ötən ildəkindən azı 150 kiloqram çox barama istehsal etmək üçün ipəkqurdlarına nümunəvi qulluq göstəririk. Artıq işin son mərhələsindəyik. Yaxın günlərdə məhsul tədarükünə başlayacağıq”.

Qeyd edək ki, Sabirabadda ipəkqurdunun yem bazasının möhkəmləndirməsi məqsədilə son üç ildə 70 min tut tingi gətirilərək rayonun ayrı-ayrı yaşayış məntəqələrində əkilib.

Eləcə də bax: Bizdə havayı, Avropada kiloqramı 2000 avroya olan MƏHSUL

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259