SƏNAYE

Azərbaycandan təbii qaz ixracı artıb
16 MAY
74

Azərbaycandan təbii qaz ixracı artıb

2018-05-16 11:08:00

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 1 milyard 893 milyon 203 min kubmetr təbii qaz ixrac olunub. Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, dörd ayda ixrac olunan təbii qazın dəyəri 342 milyon 922 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, keçən ilin müvafiq dövründə ölkədən 1 milyard 705 milyon 122 min kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri isə 276 milyon 201 min dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276