SƏNAYE

Necə uğurlu fermer olmaq olar?
15 MAY
216

Necə uğurlu fermer olmaq olar?

2018-05-15 15:14:00

Bitkilərin böyümə dövründə ən yaxşı nəticələri əldə etmək üçün bəzi fəaliyyətlərlə məşul olmaq lazımdır. Məsələn: düzgün torpaq hazırlğı, bitkilərin əkilməsi, bitkiyə qulluğ, məhsul və məhsudan sonra idarəçilik.

Kənd təsərrüfatı tək bir fəaliyyətin son mərhələsinə qədər kompleks bir proses olduğunu düşünərək, bütün fəaliyyətlər düzgün idarə edilməlidir. Başqa sözlə, bitki yetişdirərkən, fermer iki əhəmiyyətli amili nəzərə saxlamalıdır.

– Düzgün tərtib olunmuş təsərrüfat fəaliyyətinə uyğun əkinin idarə edilməsi.(torpaq hazırlığı, gübrələmə, əkin, böyümə dövrü nəzarət, dərmanlama və s.);
– Təsərrüfatda avadanlıqların və materilların istifadəsi ilə yanaşı, məhsulların hamısı üçün təsərrüfat fəaliyyətinin mütəmadi olaraq aparılması.

Ən yaxşı təsərrüfat praktikalarından istifadə etməyə çalışın

Hər məhsul müəyyən təsərrüfat təcrübələrinə ehtiyac duyur. Bu praktikaları öyrənmək və öz təsərrüfatınıza tətbiq etməklə siz təsərrüfatının haqqında aydın bir məlumata sahib olacaqsınız. Siz təsərrüfat təcrübələrinizin müəyyən bir məhsuldarlıqla nəticələndiyini görə bilərsiniz.

Gəlin yaxşı təsərrüfat idarəetməsi ilə bağlı bir misal götürək

Əkin dövrünün əvvəlində bir fermer kartof əkilməsi üçün torpaq hazırlayır. Əvvəla o torpağı şumlayır, gübrə verdikdən sonra toxum əkininə başlayır. Bu dəfə müəyyən bir dərinlikdə bitki yetişdirir və əkindən dərhal sonra bitkiyə herbisidlər, fungisidlərlə bitkisini mühafizə edir. Yetişmə dövründə zərərverici həşəratları və xəstəliklərə qarşı məhsulunu qorumağa davam edir. Və sonda o gözlədiyindən də qat-qat artıq məhsuldarlıq əldə edir.

Bu göstərir ki, bu təcrübə fermer üçün xeyirli oldu və o növbəti mövsümlərdə də bu təcrübədən istifadə edəcək. Bitkinin inkişafı zamanı bütün prosesi düzgün idarə edən fermer problemin nədə olduğunu görə bilir və buna görə də gələcək mövsüm üçün təcrübəsində müxtəlif dəyişiklər edə bilir. Düzgün fermer fəaliyyəti fermerlərə uğrulu təsərrüfat və yaxşı məhsuldarlıq əldə etmək üçün kömək edir.

Hələ də yaxşı təsərrüfat praktikasına sahib deyilsiniz?

Növbəti mövsümdə məhsuldarlığınızı daha da çoxaldacaq təsərrüfat təcrübələrindən istifadə etməlisiniz. Bu faktı nəzərə alaraq bütün təsərrüfat fəaliyyətind fermerlərin qeydləri və müxtəlif təsərrüfat təcrübələri onların daha yüksək məhsuldarlıq və rentabellilik əldə etməsi üçün ən uğurlu yolu göstərir.

Əgər sizin də kifayət qədər yaxşı təsərrüfat təcrübəniz yoxdursa “NPC Agro təsərrüfat menecmenti” proqramına qoşula və ən yaxşı ferma təcrübələrinin sizin məhsuldarlığınıza təsirinə şahid ola bilərsiniz.

Mənbə: npcagro.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254