SƏNAYE

Azərbaycanda 2 milyon 126 min 910 abonent təbii qazla təmin edilib
11 MAY
158

Azərbaycanda 2 milyon 126 min 910 abonent təbii qazla təmin edilib

2018-05-11 13:35:00

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 126 min 910-a çatıb. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, bu ilin yanvar-aprel ayları ərzində əhali sektoru üzrə 31 min 62 yeni abonent qeydiyyata alınıb. Bunun da 19 min 717-si Bakı, Abşeron və Sumqayıt, 11 min 345-i isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində aparılan məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 126 min 910-a çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276