SƏNAYE

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 359 milyon ton neft göndərilib
08 MAY
392

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 359 milyon ton neft göndərilib

2018-05-08 11:14:00

Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə indiyədək 359 milyon ton neft nəql edilib. Bu barədə energetika naziri Pərviz Şahbazovun “Azərbaycan” qəzetində dərc edilən məqaləsində deyilir.

Nazir bildirib ki, bu kəmərin istifadəyə verilməsindən keçən 12 ildə qazanılmış nailiyyətlər də bir daha sübut edir ki, Heydər Əliyevin gələcəyə baxışı kimi BTC-nin iqtisadi və siyasi dividendləri çox böyükdür: “BTC-nin Azərbaycan və ümumən region üçün kəsb etdiyi mahiyyət təkcə neft nəqli ilə məhdudlaşmır. Bu kəmər Xəzər dənizinin Qara dəniz və Aralıq dənizi ilə birləşdirilməsinin ilk və uğurlu təcrübəsi, simvoludur. BTC Azərbaycanı regionun lider dövlətinə çevirən, dünyanın bir çox dövlətləri ilə tərəfdaşlıq münasibətlərinin qurulmasına və beynəlxalq enerji təhlükəsizliyi sisteminə xidmət edən qlobal bir layihədir. Bu kəmərin geosiyasi əhəmiyyəti kimi iqtisadi səmərəliliyi də böyükdür. Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri ilə yalnız “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından çıxarılan kondensat nəql olunmur, Qazaxıstan, Türkmənistan nefti də bu kəmər vasitəsilə nəql edilir. Heydər Əliyevin adını əbədiləşdirən bu kəmərlə indiyə kimi ümumilikdə 359 milyon ton neft nəql olunub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256