SƏNAYE

BP Abşeronun dayaz sularında ilk quyunun qazılacağı müddəti açıqlayıb
07 MAY
273

BP Abşeronun dayaz sularında ilk quyunun qazılacağı müddəti açıqlayıb

2018-05-07 13:38:00

BP şirkəti Abşeronun dayaz sularında yerləşən perspektiv strukturlarında ilk quyunun qazılmasına 2019-cu ilin əvvəlində başlamağı planlaşdırır. Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O qeyd edib ki, şirkət müqavilə sahələrində qazma işlərinin başlaması üçün hazırlıqları davam etdirir: “Üç quyunun qazılması üçün məkanlar seçilib. Onlar müqavilə sahələrinin müxtəlif zonalarında yerləşəcək. Bu struktur yaxşı perspektiv ehtiyatlara malikdir. Qazma işlərinə böyük ehtimalla 2019-cu ilin əvvəlində başlayacağıq”. (Trend)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259