SƏNAYE

Rəfiqə Hüseynzadə: 63 quyudan 7 milyon kubmetr səmt qazı yığılaraq əhaliyə veriləcək
07 MAY
251

Rəfiqə Hüseynzadə: 63 quyudan 7 milyon kubmetr səmt qazı yığılaraq əhaliyə veriləcək

2018-05-07 12:07:00

“Siyəzənneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) ərazisində 63 quyudan il ərzində 7 milyon kubmetr səmt qazının yığılaraq əhaliyə ötürülməsi planlaşdırılır.

Bu barədə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə mayın 7-də şirkətdə keçirilən Dünya Bankının "Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq" (GGFR) Təşkilatının Rəhbər Komitəsinin iclasında deyib.

"SOCAR 2015-ci ildən BMT-nin İnkişaf Proqramı ilə birgə “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planı” (NAMA) layihəsini icra etməkdədir. Layihə ümumilikdə 3 komponentdən ibarətdir və bu komponentlərdən biri də quyulardan səmt qazının yığılması və istifadəçilərə verilməsidir", - deyə o əlavə edib.

SOCAR-ın vitse-prezidenti qeyd edib ki, layihə çərçivəsində “Siyəzənneft” NQÇİ ərazisində 63 quyudan il ərzində 7 milyon kubmetr səmt qazının yığılaraq əhaliyə ötürülməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254