SƏNAYE

Ağstafada 4 ton barama istehsal olunacaq
07 MAY
233

Ağstafada 4 ton barama istehsal olunacaq

2018-05-07 11:20:00

Ağstafa rayonunda ənənəvi təsərrüfat sahəsi hesab olunan baramaçılıq son illərdə sürətlə inkişaf etməkdədir. Belə ki, ötən illərdə olduğu kimi, bu il rayonda baramaçılıqla məşğul olmaq istəyən fermerlərə 104 qutu ipəkqurdu toxumu paylanılıb. Cari ildə 232 nəfər bu sahədə işlə təmin olunub. Eyni zamanda, 4 tondan çox barama istehsalı nəzərdə tutulub.

Rayon icra hakimiyyətindən bildiriblər ki, yerlədə kümçülərə ipəkqurdlarının yetişdirilməsi üçün zəruri aqrotexniki şərtlərlə təchiz olunmuş məntəqələr ayrılıb.

Baramaçılığın inkişaf etdirilməsi üçün rayonda yeni tut bağları salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254