SƏNAYE

Kənd Təsərrüfatı Nazirliyində ümumi şöbənin müdiri vəzifəsinə təyinat olub
02 MAY
660

Kənd Təsərrüfatı Nazirliyində ümumi şöbənin müdiri vəzifəsinə təyinat olub

2018-05-02 14:21:00

Kənd Təsərrüfatı Nazirliyində ümumi şöbənin müdiri vəzifəsinə təyinat olub. Bunu Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov deyib. O bildirib ki, bu vəzifəyə Qumaş Həsənli təyin edilib.

Qeyd edək ki, Qumaş Salman qızı Həsənli 21 mart 1988-ci ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub, 2011-ci ildə Bakı Slavyan Universitetinin Magistratura pilləsinə qəbul olunub. Hazırda Prezident yanında İdarəçilik Akademiyasında Rəhbər kadrların yenidən hazırlanması fakültəsində magistr pilləsi üzrə təhsilini davam etdirir. 2015-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin Kadr və yerli orqanlarla iş sektorunun baş məsləhətçisi vəzifəsinə qəbul olunub. 2016-cı il 1 iyun tarixində Ümumi şöbənin Sənədlərin qəbulu, qeydiyyatı və icraya nəzarət sektorunun müdiri, 4 noyabr 2016-cı il tarixində Ümumi şöbənin müdirinin müavini-Vətəndaşların qəbulu, ərizə və şikayətlərlə iş sektorunun müdiri təyin edilib. Bu ilin mayın 1-dən isə ümumi şöbənin müdiri vəzifəsini müvəqqəti olaraq icra edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259