SƏNAYE

Türkiyə pomidorları Rusiyaya qayıdır
02 MAY
94

Türkiyə pomidorları Rusiyaya qayıdır

2018-05-02 09:44:00

Mayın 1-dən etibarən Türkiyədə yetişdirilən pomidorların Rusiyaya  idxalı ilə bağlı məhdudiyyət aradan qaldırılıb. Bu haqda “Rosselxoznadzor” müvafiq sərəncam verib. Artıq Türkiyədə yetişdirilən bütün pomidor növlərinin Rusiya bazarlarına tədarükünə icazə verilib. Yeganə şərt məhsulların fito-sanitar tələblərə cavab verməsi, başlıca olaraq göndərilən mallarda “pomidor güvəsinin” olmamasıdır. 

Türkiyənin Egey bölgəsinin meyvə-tərəvəz ixracatçıları assosiasiyasının başçısı Hayrettin Uçak, məhdudiyyətin götürülməsinin Türkiyəli fermerləri və ixracatçıları çox sevindirdiyini bildirib. “Bu gündən etibarən Rusiyada yeni istehlakçıların və bazarların axtarışı ilə bağlı səylərimizi işə salacağıq. Bu Türkiyəyə valyuta axınını artırmağa kömək edəcək”, - deyə Uçak bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276