SƏNAYE

Sampo SR-2065 markalı taxılyığan kombaynlarla işləyən mexanizatorların nəzərinə!
30 APREL
293

Sampo SR-2065 markalı taxılyığan kombaynlarla işləyən mexanizatorların nəzərinə!

2018-04-30 17:30:00

Sabahdan etibarən “Aqrolizinq” ASC Yevlax RN-nin nəzdində fəaliyyət göstərən təlim-tədris mərkəzində, taxılyığan kombaynları idarə edəcək operatorlar (mexanizatorlar) üçün Sampo SR-2065 markalı taxılyığan kombaynlara dair 2 (iki) qrup olmaqla hər qrup üçün 3 (üç) gün kurs keçiriləcək. 
Təlim istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və “Aqrolizinq” ASC-nin nümayəndə heyəti tərəfindən video görüntülü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada tədris olunacaq. Kursu keçmiş hər bir operatora (mexanizatora) sertifikat təqdim ediləcək.
Kursa yazılmaq üçün 994 51 255 92 63 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz (Novruzov Maqsud Texniki xidmət işlərinin təşkili sektorunun mütəxəssisi)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254