SƏNAYE

Ağcabədidə 30 tondan çox barama tədarük olunacaq
30 APREL
272

Ağcabədidə 30 tondan çox barama tədarük olunacaq

2018-04-30 16:42:00

Ötən il Ağcabədi rayonunda 16 min 748 kiloqram barama istehsal olunub. Yetişdirilən məhsulun bəhrəsini görən kümçülər cari ildə daha çox məhsul istehsal etməyi nəzərdə tutublar.

Rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən bildiriblər ki, Qax Damazlıq İpəkçilik Stansiyasından 780 qutu (14 min 820 qram) ipəkqurdu toxumu gətirilərək, baramaçılıqla məşğul olacaq 502 ailəyə paylanılıb. Cari mövsümdə 30 tondan artıq barama istehsalı nəzərdə tutulub.

Bir neçə ildir ki, ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpa edilməsinə başlanılıb. 2016-cı ildə Ağcabədi rayonunda 48 kümçü tərəfindən 3675 kiloqram, 2017-ci ildə isə 228 kümçü tərəfindən 16 min 748 kiloqram yaş barama istehsal olunub. Barama istehsalını artırmaq məqsədilə rayon ərazisində 2016-cı ildə 50 min ədədi Çin Xalq Respublikasından gətirilmiş, 23 min 700 ədədi isə yerli olmaqla, 73 min 700 ədəd, 2017-ci ildə isə, ümumilikdə, 135 min çəkil (tut) tingi əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259