SƏNAYE

Bu qoyun növünün diri çəkisi 90 kq-a çatır
26 APREL
1105

Bu qoyun növünün diri çəkisi 90 kq-a çatır

2018-04-26 14:46:00
XIX əsrin 40-cı illərində Azərbaycana gətirilən və yüksək keyfiyyətə malik olan merinos qoyunu burada sonrakı əsrdə özünün daha geniş inkişafına başlayıb. 1840-cı ildə Tavrida quberniyasından Azərbaycana köçürülən ruslar özlərilə bərabər merinos qoyunu gətirib və Azərbaycanın müəyyən ərazisində saxlayıblar. Rusiyanın Tavrida, Xerson və Yekaterinoslav quberniyalarından Azərbaycana gələn rus duxoborları da merinos qoyununu bu ərazidə inkişaf edib. Birinci dünya müharibəsi ərəfəsində Azərbaycanın Kiçik Qafqaz hissəsində, xüsusilə Gədəbəy və Şəmkirdə 90 min baş merinos qoyunun olduğu göstərilir.
Merinos qoyununun Azərbaycanda nisbətən geniş istifadə edilməsi təkcə ətlik deyil, həm də yüksək keyfiyyətli çox və zərif yununun olması ilə əlaqədardır. XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində kapitalist münasibətlərinin inkiafı dövründə bir sıra toxuculuq fabriklərinin yaranması ilə əlaqədar xammala – yuna böyük ehtiyac duyulurdu. Merinos qoyunundan 4-6 kq, yaşlı qoyunlarından 7-10 kq-a qədər nazik və uzun yun qırxırlar. Bu da merinos qoyununun üstünlüyünü göstərən ən əsas şərtlərdən biri kimi diqqəti cəlb edib. Bu cinsin qoyunlarının diri çəkisi 50 kq, erkəklərinki isə 75-90 kq-a. qədər olur. Yununun zərif və uzun, həm də çox olmasına görə XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda məlum olan qoyun cinsləri içərisində merinos cinsi xeyli üstünlük təşkil edib.
Mənbə: agroexpert.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256