SƏNAYE

Tovuzda 10 ton barama istehsal olunacaq
26 APREL
178

Tovuzda 10 ton barama istehsal olunacaq

2018-04-26 10:47:00

Cari ildə Tovuzda 10 ton barama istehsal olunacaq. Rayon icra hakimiyyətindən bildiriblər ki, kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindən olan baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün dövlət başçısının tapşırığına əsasən, ölkənin bütün bölgələrində olduğu kimi, Tovuz rayonunda da bu sahəyə ciddi diqqət göstərilir.

Belə ki, rayonda baramaçılığın yem bazasını möhkəmləndirmək üçün ötən illərdə Çindən ölkəmizə gətirilən tinglərdən yeni tut bağları salınıb, 13 min tut tingi əkilib. Tut tinglərinin əkilməsi prossesi davam etdirilib və onların sayı 20 minə çatdırılıb.

May ayının əvvəlindən isə Qax Damazlıq İpəkçilik Stansiyasından 200 qutu ipəkqurdu gətirilərək 82 kümçüyə veriləcək ki, bu da rayonda 10 ton barama istehsalına zəmin yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259