SƏNAYE

Peşəkar formada kartof əkmək istəyənlər üçün QIZIL QAYDALAR
25 APREL
639

Peşəkar formada kartof əkmək istəyənlər üçün QIZIL QAYDALAR

2018-04-25 15:06:00

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.

Doğru əkin dedikdə:

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Doğru əkin tarixi;

Optimal sıxlıqda əkin;

Bərabər və doğru dərinlikdə əkin (Bu cür əkini təlim keçmiş traktor sürücüləri edə bilər);

Əkin sahəsindəki faktiki şəraitin nəzərə alınması və müvafiq seçim nəticələrinin düzgün hesabının aparılması olduqca vacibdir.

Toxum yatağı

Əkin və çıxış arasındakı müddət kartof əkinin ən zərif mərhələsidir. Optimal cücərtinin inkişafına toxumun keyfiyyəti, yaşı, cücərmə mərhələsi eyni zamanda, doğru torpaq şəraiti, xüsusilə əkin müddətindəki temperatur və nəmlik yüksək dərəcədə təsir etdiyi üçün toxum yatağı yüksək tələblərə cavab verməlidir.

Torpağın quruluşu

Yaxşı toxum yatağında hava, nəmlik və torpaq nisbəti optimal olmalıdır. Sonrakı şərait isə eyni vaxtlı çıxışa və kartof bitkisinin rahat inkişafına şərait yaradacaq.

Toxum yatağı düz, daş-kəsəksiz olmalı, 8 və 10 sm dərinliyə qədər olduqca yaxşı ovxalanan, yumşaq torpaq qatına sahib olmalı, şumlamaya imkan yaradan sərtik və nəmlikdə olmalıdır.

Narın torpaq quruluşu eyni zamanda təpəciklərin tez qurumasınin qarşısının alınmasında bizə kömək olur, başqa sözlə, həddindən artıq torpaq şumu torpaq sıxlığına və məhsula vacib olan su miqdarında azalmağa gətirib çıxaracaqdır. Kartof bitkisi dayaz köklü olur və kök və yumruların hər ikisi torpaq sıxlığına yüksək dərəcədə həssasdır. Bu səbəblərdən şumun sayı azaldılmalıdır.

Nəmlik miqdarı

Torpaqdakı nəmlik toxumun cücərməsinə gözə çarpan dərəcədə təsir edir. Əgər torpaq çox qurudursa, çıxış gecikəcək və kök miqdarı azalacaq. Normal torpaq nəmliyi olduqda, çıxış sürətli olur və əkindən çox keçməyərək cücərtilərdən  torpqdan su çəkən köklər əmələ gəlir. Sudan doymuş torpaqda toxum oksigenin çatışmamazlığından çürüyür. Bu səbəbdən, əkindən dərhal sonra ağır suvarma ziyanlıdır və əkindən öncə suvarılması məsləhətdir. Belə ki, toxum kartoflar nəm torpaqla tam əhatə olunmalı və ya ən azından nəm torpaqda əkilməlidir. Yumrunun ətrafındakı torpaq tez qurumasın deyə toxum uyğun torpaqla tam əhatələnməlidir, bununla yanaşı böyümə fəsli ərzində müvafiq nəmliyi təmin etmək üçün alt hissədəki torpaq maneəsiz kök inkişafına əngəl olmamalıdır.

Hansı toxumdan istifadə etməliyik?

Hansı toxumun daha uyğun olduğunu müəyyən etmək üçün, məhsulun hansı məqsədlə istifadə edəcəyimizə qərar verməliyik. Bunlar toxumluq, emal sənayesi üçün iri həcmli, farac məqsədli ola bilər. Müvafiq istehsal məqsədi və yığım müddəti hansı toxumun istifadə edəcəyimizi müəyyənləşdirir.

Kök sıxlığı

Məhsulun bar verməsi və yumru ölçüləri hər hektar üzrə köklərin sayına təsir edir. Hər bir ayrıca kök müsətqil istehsal hissəsi hesab edilə bilər. Böyük kök sıxlığı yüksək məhsuldarlığa apara bilər ancaq sinifləndirdikdə, nəticə əldə edilən gəlirdən asılı olacaqdır. Hər hektara əkilmiş yumruların sayına əlavə olaraq, kök sıxlığı aşağıdakılara uyğunda müəyyənləşir:

Toxum yumrusunun fizioloji mərhələsi;

Çeşit xüsusiyyətləri;

Hər yumruya düşən cücərmə sayı;

Torpaq şəraiti;

Əkinçinin qaydalara riayət etməsi.

Kartof yumrularının ölçüsü

Əgər yüksək bitki sıxlığı əldə etmisinizsə, normal əkin şəraitində toxum ölçüsünün məhsuldarlığa çoxda təsiri yoxdur. Əkinçi kimi, müxtəlif ölçülü toxum seçimləriniz var. Toxum seçimi iqtisadi vəziyyətdən, məhsulun məqsədindən və yerli əkin şəraitindən asılıdır. Böyük ölçülü toxumluq kartof çoxlu kök verəcəkdir. Ancaq bir ton böyük ölçülü kartof bir ton kiçik ölçülü kartofdan daha az kök verəcəkdir. Böyük ölçülü kartofun quraqlıq, soyuq, isti vaxtlarda və ya aşağı səviyyəli toxum yatağında  daha çox tutuma sahib olması kimi üstünlüyü var. Belə əkin şəraitlərində böyük ölçülü kartoflar kiçiklərə nisbətən daha güvənilirdir. Kiçik və böyük ölçülər adətən qiymətdə fərqlənir. Əkinçi hansının daha sərfəli olduğunu hesablaya bilər: kiloqramı müvafiq qiymətə vuraraq qoyacağı investisyanı müəyyən edəcəkdir. Ölçüsündən asılı olaraq doğru rəftar olunduqda toxum kartoflar əkin müddətində üç və ya altı cücərti verə bilərlər.

Toxum tələbləri

Əkinçi tələb olunan toxum miqdarını necə hesablaya bilər? Əkiləcək ərazinin səthinə əlavə olaraq  bu iki amil əsas rol oynayır:

Hər bir kvadrat metrə görə tələb olunan köklərin sayı;

Toxum yumrularının ölçüsü.

Nümunələr

Kiçik ölçülü (28-45mm) toxum əldə etmək üçün yüksək kök sıxlığına istiqamətlənmək lazımdır. Çeşitdən, torpaqdan və iqlimdən asılı olaraq, Holland şəraitində hər kvadrat metrə 35-40 kök  bəs edəcəkdir. Emal sənayesinə satılacaq iri həcmli kartoflar üçün (55mm) Holland şəraitində hər kvadrat metrə  15-20 kök kifayət edir. Ən sonda, bir kvadrat metrə hər birində dörd cücərti olan dörd ədəd toxum kifayətdir. Toxum kartofların orta çəkisi 50 qramdırsa, 2000 kq toxum hər bir hektar üçün kifayət edəcəkdir (4 toxum x 50 qram x 10000 kvadrat metr).

Əkin sıxlığı

Əgər cücərti sayı əldə edilibsə və hər torbaya görə yumruların sayı məlumdursa toxum tələbləri hesablana bilər. Cədvəldəki rəqəmlər hər kvadrat metrə 15 kök sayına əsaslanır.

Cücərtilərin sayı və cərgədəki yumruların məsafəsi

Cücərtilərin orta sayı gözlənən köklərin sayının ən yaxşı göstəricisidir. Köklərin sayı cərgədəki yumruların tələb olunan məsafəsini müəyyən edir. Ona görə də, doğru məsafəni müəyyən edə bilmək üçün toxum yumrularından yaranan cücərtilərin orta sayını müəyyənləşdirmək vacibdir. Toxumların üzərindəki cücərtilə saymaq ən yaxşı üsuldur.

Cərgə məsafəsi

Kartoflar 50-100 sm aralı cərgələrdə böyüyə bilər. Ən verişli üsul cərgələr arası daha geniş məsafənin olmasıdır. Köklərin daha yaxşı paylanması üçün dar cərgə daha yaxşı ola bilər, ancaq yumruları qorumaq üçün yaxşı ölçülü təpəciklər yaratmaq kimi texniki səbəblərdən daha geniş məsafə (75-90sm) daha münasibdir. Mexanikləşdirilmiş kartof istehsalında cərgə arası məsafə mexanizmin standartlaşdırılmış quruluşu əsasında müəyyənləşdir.

Əkin dərinliyi

Əkin dərinliyi torpaq şəraitinə uyğun olaraq müəyyənləşdirilməlidir. Normal böyümə şəraitində, yumrunun üst hissəsi torpaq səthi səviyyəsində olmalıdır. Torpaq dərin qatlarda üstə nisbətən daha yavaş quruduğundan quru şəraitdə daha dərinə əkilməlidir. Quru şərait daha dərinə əkməyi vacib etdiyindən temperatur yüksək olduqda bu daha əlverişli olacaq. Dərinə əkmək eyni zamanda kartof güvəsi təhlükə yaratdığı hallarda da vacib olur.Üst torpaq qatı qurumayacağı halda  nəm şəraitdə çox dərinə əkmək vacib deyil.

Dəyaz əkin soyuq şəraitlərdə daha əlverişlidir. Dərinə əkmək mexaniki yığım zamanı qaldırıcıya  böyük çətinlik yaradır. Torpağın ağır olduğu yerlərdə yumşaq torpağa nisbətən bu daha zərərli olacaqdır. Çeşit müxtəlifliyi də əkin dərinliyində mühüm rol oynayır. Bu da əkinçinin çeşidlərin xüsusiyyətlərini bilməsini vacib edən amillərdəndir.

Torpaqlama

Dərin əkinə əlavə olaraq, torpaq örtüyünün dərinliyidə bitkinin əmələ gəlməsinə təsir edir. Əkin apararkən, torpağın temperaturu aşağıdırsa və ya toxum aşağı keyfiyyətlidirsə, dəyaz torpaqlama aparılır. Məhdud torpaq örtüyü bitkinin tez çıxmasına səbəb olacaq. Başqa sözlə dərin torpaq qatı ancaq isti temperaturda və güclü toxuma tədbiq edilə bilər.

Dibinin doldurulması

Dəyaz əkin zamanı, və ya torpaq qatı nəzik olduqda, növbəti mərhələdə dibinə əlavə torpaq verilməlidir. Yaxşı düzəldilmiş təpəcik yumrunun maneəsiz inkişafında vacibdir. Sağlam doldurulmuş kartof dibləri kartofun çölə çıxmasının qarşısını alır. Yüksək təpəciklər yüksək temperatura və kartof güvələrinə qarşı ən yaxşı müdafiədir. Əgər iqlim isti və quraqdırsa, və əkindən sonra sulama vacibdirsə, əkin və torpaqlama arasındakı müddət qısa olmalıdır.

Hollandiya Konsultativ Kartof İnstitutu

Müəlliflər: H.R. Baalverd, H.M.G. Peeten, T.A.Sterk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271