SƏNAYE

Toyuqların yumurtalamamasına nələr səbəb ola bilər?
25 APREL
883

Toyuqların yumurtalamamasına nələr səbəb ola bilər?

2018-04-25 12:56:00

Yumurtlayan toyuq biznesi quranlar üçün böyük problem toyuqların yumurtlamamasıdır. Toyuqların yumurtadan kəsilməsi aşağıdakı səbəblərdən ola bilər:

Tempratur və ya işıq rejiminin pozulması

Stress

Düzgün yemləmə problemi

Saxlama qaydalarının pozulması

Xəstəliklər

Toyuqların il boyu normal yumurta verməsi üçün hinin tempraturu +17° səviyyəsində saxlanmalıdır. İşıq rejimi isə gün ərzində 12 saat olmalıdır. Gecələr isə quşlar istirahət etməlidir.

Quşlar da stressə girib funksionallığını itirə bilir. Hətta hinduşkalar stresə girib ölə də bilirlər. Ona görə ferma sahibləri kənar faktorların quşlara təsirini minimuma salmalıdır. Bu faktorlardan aclıq, rasion dəyişikliyi, hində sıxlıq, iqlim, səs-küy, əksik yem və su qabı saya bilərik.

Yemləmə bütün heyvanlarda qazanc əldə etməyin ən vacib nüansıdır. Yem zəngin tərkibli və balanslaşdırılmış olmalıdır. Yemin tərkibində kifayət qədər taxıl, yaşıllıq, tərəvəz və mineral maddələr (sümük unu, balıq unu) olmalıdır. Toyuq hinində vəya çöldə hər zaman xırda daşlar olsun, bu düzgün həzm üçün lazımdır. Yemləməyə həddən artıq aludə olmaq da bəzən quşların yağlanmasına səbəb olur ki, nəticədə toyuqlar yumurtlamır.

Yuxarıdakı məsələləri həll etsəniz, toyuqlar həm xəstəliklərdən uzaq qalacaq, həm də yaxşı yumurta verəcəklər. Toyuqlar ilk ilində çox məhsuldar olurlar. Yumurta vermə dövrü (özəl cinslərdə 80 həftə) bitəndə toyuqların yumurta verimi çox aşağı düşür, onları saxlamaq sərfəli olmur, kəsimə göndərilir.

Mənbə: agroexpert.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254