SƏNAYE

Bakıda “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu öz işinə başlayıb
23 APREL
93

Bakıda “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu öz işinə başlayıb

2018-04-23 11:26:00

Bu gün Bakıda SOCAR-ın III Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu öz işinə başlayıb.

Forumda çıxış edən Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov tədbirin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunduğunu deyib.

O bildirib ki, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən forumda 30 ölkədən 230-dən çox iştirakçı və məruzəçi iştirak edir: "Məqsəd Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının emalı, satışı və ixracı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsidir".

E.Qasımov əlavə edib ki, üç gün davam edəcək forumun ilk günü dünya neft-qaz bazarı, Xəzər və Mərkəzi Asiya bazarı, nəqliyyat infrastrukturuna, ikinci günü neft emalı, neft və neft-kimya məhsullarının ticarəti, üçüncü günü isə neft-kimya bazarı, neftayırma zavodları və neft-kimya üçün texnologiyalara həsr olunacaq. Tədbir bitdikdən sonra isə aprelin 26-da tədbir iştirakçıları üçün texniki səfərlər təşkil olunacaq. Forum, həmçinin neft-qaz sənayesinin inkişafının əsas istiqamətləri haqqında strateji qərarlar vermək və gündəlik əməliyyatlar aparmaq üçün praktiki informasiyaların əldə edilməsinə imkan yaradan unikal platformadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276