SƏNAYE

Yanvar-mart aylarında ayaqqabı istehsalı 85,1 faiz artıb
23 APREL
107

Yanvar-mart aylarında ayaqqabı istehsalı 85,1 faiz artıb

2018-04-23 09:20:00

Yanvar-mart aylarında Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 80,3 milyon manat dəyərində məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 85,1 faiz, toxuculuq sənayesində 53,2 faiz artım, geyim istehsalında isə 25,2 faiz azalma müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276