SƏNAYE

Şimal bölgəsinin daha 10 kəndinin qazlaşdırılmasına başlanılıb
10 APREL
324

Şimal bölgəsinin daha 10 kəndinin qazlaşdırılmasına başlanılıb

2018-04-10 18:40:00

SOCAR “Azəriqaz” İstehsalat Birliyi tərəfindən şimal bölgəsinin daha 10 kəndinin ilk dəfə “mavi yanacaq”la təmin olunması üçün işlərə başlanılıb.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Azərbaycan Prezidentinin "Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamına uyğun olaraq Qubanın Ərməki, Güney məhəllə, Qusarın Piral, Cibir, Xaçmazın Krasnıy Xutor, Məcidoba, Şabranın Sumağa qazmalar, Qorğan, Siyəzən rayonunun isə Qalaaltı və Qozağacı kəndlərində qazlaşdırma işləri il ərzində yekunlaşacaq.

Qubanın rayon mərkəzindən 12 kilometr uzaqda yerləşən Ərməki kəndində qaz xəttinin çəkilməsi işlərinin 50 faizi artıq yekunlaşıb. Dağlıq ərazidə yerləşən yaşayış məntəqəsində işlər tam başa çatdıqdan sonra 176 abonent ilk dəfə “mavi yanacaq”dan istifadə etmək imkanı qazanacaq.

Hazırda müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilir. Bununla yanaşı, kəndlərdəki bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılacaq. Aprel ayının sonuna kimi Ərməki kəndin qazlaşdırılması başa çatdırılacaq.

Quba rayonunun 157 yaşayış məntəqəsindən 63-ü qazlaşdırılıb. Həmin kəndlərdə 26 min 786 abonent “mavi yanacaq”dan istifadə edir.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9947
  • ₽ RUB
    0.0268