SƏNAYE

Xəzər Dəniz Neft Donanması hesabat verdi
10 APREL
212

Xəzər Dəniz Neft Donanması hesabat verdi

2018-04-10 11:44:00

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanması üzrə 2018-ci ilin birinci rübündə təftiş olunan gəmilərlə bağlı hazırlanan hesabatlar təqdim olunub.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

QSC-nin mətbuat katibliyindən bildirilib ki, gəmilərdə yoxlamanı müstəqil inspektorlar həyata keçiriblər. Yoxlamaların nəticələrini təqdim edən Bəylər Ağayev və Rəşad Şəkərov gəmilərdə aşkarladıqları nöqsanlar barədə məlumat veriblər. Bildirilib ki, təftiş zamanı aşkar olunan nöqsanlarla bağlı dənizçilər yerindəcə məlumatlandırılıb, onların aradan qaldırılması üçün zəruri tədbirlər görülüb. Gəmilərdə heyətin bilik və bacarıqlarının artırılması istiqamətində müəyyən təlimlər keçirilib.

Təqdimatda iştirak edən QSC-nin sədri Rauf Vəliyev müstəqil inspektorların işini müsbət qiymətləndirib. Qəza hadisələrinə reaksiya verilməsində müsbət dəyişikliklərin olduğunu deyən Rauf Vəliyev dənizçilərdən daha yaxşı nəticələr gözlədiyini bildirib. Gəmiçilik rəhbəri gəmi heyətlərinin hazırlıq səviyyələrinin artırılması, təhlükəsiz üzmə tələblərinə əməl olunması, dənizçilərin gəmidəki qəza-xilasetmə avadanlıqlarından istifadəetmə vərdişlərinin təkmilləşdirilməsi üçün tapşırıqlarını verib. Eyni zamanda, gəmidə nizam-intizam və səliqə-sahman məsələlərinə diqqət yetirilməsinin vacib olduğunu qeyd edib.

Hesabatların təqdimatından sonra aşkar olunan nöqsanlar ətrafında dənizçilərlə müzakirələr aparılıb. Qeyd edək ki, gəmiçilikdə işin keyfiyyətini daha da artırmaq üçün müstəqil yoxlamalar müntəzəm keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267