SƏNAYE

Yaz mövsümündə Qax rayonunda 20 hektar sahədə aqromeşə salınıb
09 APREL
307

Yaz mövsümündə Qax rayonunda 20 hektar sahədə aqromeşə salınıb

2018-04-09 11:15:00

Cari ilin yaz və payız mövsümlərində Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən rayon ərazisində dövlət meşə fonduna aid 50 hektar sahədə yeni meşəliklərin salınması nəzərdə tutulur. Müəssisə tərəfindən yaz meşə əkini planına tam əməl olunub və qısa müddətdə 15 hektar sahəyə fındıq və 5 hektar sahəyə qoz tingləri əkilib. Bu barədə müəssisənin direktoru İlqar Abbasov məlumat verib.

Onun sözlərinə görə, dövlətimizin başçısının göstərişi ilə ötən ildən başlayaraq meşə əkin işləri zamanı kənd təsərrüfatı əhəmiyyətli kol və ağac tinglərinin əkininə, aqromeşələrin, bağların salınmasına üstünlük verilir. Əkin zamanı əsasən fındıq, qoz, şabalıd, tut və digər növ ağac tinglərindən istifadə olunur.

Qeyd edək ki, keçən il Qax rayonunda 170 hektar sahədə aqromeşələr salınıb. Yeni bağların salınması məqsədi ilə hazırda müəssisənin 2 hektar tinglik sahəsində 95 min ədəd fındıq tingi yetişdirilir.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260