SƏNAYE

"Çaya yararlı torpaq sahələrinin müəyyənləşdirilməsi üçün aqrokimyəvi tədqiqatlar aparılmalıdır"
06 APREL
235

"Çaya yararlı torpaq sahələrinin müəyyənləşdirilməsi üçün aqrokimyəvi tədqiqatlar aparılmalıdır"

2018-04-06 15:36:00

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzi, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Lerik rayon kənd təsərrüfati idarəsi ilə birlikdə “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər ərzində Dövlət Proqramı”nın icrası” ilə əlaqədar “Çay və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyası” mövzusunda elmi-praktik seminar keçirilib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

AMEA-dan bildiriblər ki, Lerik rayon kənd təsərrüfatı idarəsində təşkil edilən seminarda Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev “Çay və sitrus bitkilərinin mütərəqqi becərmə texnoloqiyası” mövzusunda məruzə ilə çıxış edib.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin Lerik rayonunda çayayararlı torpaqların müəyyənləşdirilməsi, onların su-fiziki və aqrokimyəvi xüsusiyyətləri, eyni zamanda, çayayararlılığı barədə məruzəsi dinlənilib. Bildirilib ki, Dövlət Proqramının icrası çərçivəsində Torpaqşünaslıq və Aqrokimya İnstitutunun da üzərinə mühüm vəzifə qoyulub. Aparılacaq kompleks tədqiqatlar əsasında çayayararlı yeni torpaq sahələrinin müəyyənləşdirilməsi məqsədilə həmin sahələrdə aqrokimyəvi tədqiqatların aparılması vacibdir.

Ə.Quliyev Lerik rayonunda çayayararlı torpaqların müəyyənləşdirilməsi, onların su-fiziki, aqrokimyəvi xassələrinin öyrənilməsi və çay altında istifadəolunma dərəcəsini müəyyənləşdirmək məqsədilə Lerik rayonu ərazisində çöl-torpaq və aqrokimyəvi tədqiqatların aparılmasını tövsiyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267