SƏNAYE

İstanbulda "ISTRADE 2018" Enerji Ticarəti və Tədarükü Zirvə toplantısı keçiriləcək
02 APREL
210

İstanbulda "ISTRADE 2018" Enerji Ticarəti və Tədarükü Zirvə toplantısı keçiriləcək

2018-04-02 17:52:00

Aprelin 9-10-da İstanbulda "ISTRADE 2018" Enerji Ticarəti və Tədarükü Zirvə toplantısı keçiriləcək. Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi, və Enerji Bazarlarını Tənzimləmə Təşkilatının dəstəyi ilə təşkil edilən tədbirdə enerji ticarətindəki problemlər, cari vəziyyət, gözləntilər və mütəşəkkil bazarların gələcəyi müzakirə ediləcək.

Sektordan bir çox mütəxəssisin qatılacağı tədbirdə "Enerji ticarətində rəqəmsal dəyişiklik", "Pərakəndə elektrik bazarları və paylama", "Elektrik bazarlarında ticarət və tədarük", "Türkiyədə təbii qaz ticarəti və neft bazarlarında ticarət və rəqəmsallaşma" və s. mövzularında panel iclaslar təşkil ediləcək.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256