SƏNAYE

Şirvanda pambıq istehsalçılarına yeni kənd təsərrüfatı texnikaları verilib
30 MART
310

Şirvanda pambıq istehsalçılarına yeni kənd təsərrüfatı texnikaları verilib

2018-03-30 18:49:00

Bu gün Şirvan şəhərində, Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin regional təchizat bazasında respublikada pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar alınan yeni kənd təsərrüfatı texnikalarının təqdimatı olub.

Məlumata görə, tədbirdə pambıq istehsalı ilə məşğul olan müxtəlif şirkət nümayəndələri, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri, “Aqrolizinq”in nin regional nümayəndələri, həmçinin fermerlər, sahibkarlar və mexani- zatorlar iştirak edib.

Tədbirdən öncə xarici ölkələrdən gətirilmiş müasir texnika və texniki avadanlıqlara baxış keçirib. Nazir Heydər Əsədov vurğulayıb ki, bu il pambıqçılıqda istifadə olunan 4 360 ədəd texnika, o cümlədən 100 ədəd “John Deere 9970” markalı pambıqyığan kombayn, 700 ədəd şum və cərgəarası becərmə traktoru, 700 ədəd traktor qoşqusu və aqrotexniki becərmə işlərini yerinə yetirmək üçün 1 960 ədəd müxtəlif kənd təsərrüfatı texnikası sifariş verilib, bir hissəsi artıq respublikaya gətirilib və pambıq istehsalçılarına verilib. Ümumilikdə isə 2018-ci ildə pambıqçılığın inkişaf etdirilməsi və texniki təminatını daha da gücləndirmək məqsədi ilə kənd təsərrüfatı texnikalarının alınması üçün ölkə başçısının sərəncamı ilə dövlət büdcəsindən ayrılmış vəsaitin 117-118 mln. manatı pambıqçılıqda istifadə olunan texnikaların alınmasına sərf olunacaq. 

Pambığın becərılməsi və yığılması ilə əlaqədar “Aqrolizinq” təkcə 2015-2017-ci illərdə 7 811 ədəd kənd təsərrüfatı texnikası, o cümlədədn 303 ədəd pambıqyığan kombayn, 1566 ədəd müxtəlif markalı şum və becərmə traktorları, 5 942 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq pambıq istehsalçılarına lizinqə verib. Bu gün isə pambıqçılıqla bağlı ölkəyə gətirilmış 619 ədəd texnika, o cümlədən 59 ədəd pambıqyığan kombaynı, 57 ədəd şum traktoru, 218 ədəd becərmə traktoru, 68 ədəd traktor qoşqusu, 52 ədəd ağır diskli mala, 13 ədəd kanal açan, 27 ədəd çiyidsəpən, 39 ədəd cərgəarası becərən kultivator, 5 ədəd çiləyici, 33 ədəd su çəni, 27 ədəd çöpdoğrayan, 21 ədəd rotasion mala pambıq istehsalçılarının istifadəsinə verilir.

Nazir sifariş edilmiş pambıqçılıqda istifadə olunan müxtəlif çeşiddə bütün texniki avadanlıqların qısa müddətdə ölkəmizə gətirilərək pambıq istehsalçılarının istifadəsinə veriləcəyini diqqətə çatdırıb. Tədbir çərçivəsində nazir lizinq yolu ilə verilən texnikaların sənədlərini fermerlərə və torpaq istifadəçilərinə təqdim edib. Həmçinin pambığın müxtəlif sortları üzrə 230 ton lifsiz və 110 ton lifli pambıq toxumları istehsalçılara verilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0700
  • ₽ RUB
    0.0273