SƏNAYE

Bakıda 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçiriləcəyi tarix açıqlanıb
29 MART
148

Bakıda 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçiriləcəyi tarix açıqlanıb

2018-03-29 16:23:00

Bu il Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgi və konfransı öz 25 illik yubileyini qeyd edir. Sərgi 29 may - 1 iyun tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək. Hər il keçirilən “Caspian Oil and Gas”, əsas neft-qaz layihələrinin müzakirəsi, həmçinin neft və qaz hasilatı, emalı, nəqliyyat, logistika və xidmət sahələrində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün ən yüksək səviyyəli rəhbər və mütəxəssisləri bir araya gətirir.

Ənənəvi olaraq, “Caspian Oil & Gas” sərgisinin 40%-ni sərgi və konfransın daimi iştirakçıları olan tanınmış dünya şirkətləri tutur. Onların arasında SOCAR, BP, Total, Statoil, Petkim və digər şirkətlər yer alır. Bu il tədbirin daimi iştirakçıları olan Rusiya və İtaliya da öz milli qrupları ilə çıxış edirlər. Bu il sərgidə Azərbaycandan, Almaniyadan, Böyük Britaniyadan, Çindən, Fransadan, Gürcüstandan, İrandan, İtaliyadan, İspaniyadan, Malayziyadan, Özbəkistandan, Rusiyadan, Türkiyədən, Ukraynadan və digər ölkələrdən şirkətlər iştirak edəcəklər. Şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirəcəklər.

Sərginin işgüzar proqramını müşayiət edən və 30-31 may tarixində “Fairmont Baku” otelində keçiriləcək Beynəlxalq “Caspian Oil & Gas” konfransı builki tədbirin mühüm bir hissəsini təşkil edir. Konfrans hər il aparıcı şirkətlərin 500-dən çox ali rəhbərini, eləcə də sənaye nazirliklərinin nümayəndələri və nüfuzlu sənaye mütəxəssislərini bir arada toplayır və neft-qaz sənayesinin inkişafı üzrə aktual məsələlər xüsusunda fikir mübadiləsi üçün imkanlar yaradır.

“Caspian Oil & Gas” sərgi və konfransının 25 illik yubileyi münasibəti ilə əlaqədar olaraq, təşkilatçılar tərəfindən əlavə tədbirlər proqramının hazırlanması və həyata keçirilməsi planlaşdırılır.

Tədbirin statusunu sponsorlarının tərkibi təsdiqləyir. Belə ki, platin sponsoru qismində ənənəvi olaraq SOCAR, qızıl sponsorları qismində BP və Statoil, gümüş sponsoru TP Azerbaijan, Bürünc sponsorlar qismində isə Azeri MI, AZFEN, Baku Steel Company, BOS SHELF, Caspian Drilling Company, Caspian Marine Services (CMS), RussNeft, SOCAR Polymer, Tekfen Construction və digərləri çıxış edir.

Tədbirin statusunu həm də konfrans sponsorlarının tərkibi təsdiqləyir, belə ki, konfransın platin sponsoru qismində SOCAR çıxış edir. Konfransın Qızıl Sponsorlar qismində BP, Petronas, Statoil, Gümüş Sponsorlar - INPEX, McDermott, Bürünc Sponsorlar –EGS, EY, Dentons, Lamor Corporation, Nobel Upstream, SOCAR AQS, Total, Turkish Petroleum çıxış edirlər.

Mənbə: Report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273