SƏNAYE

Azərbaycanda sement istehsalı 52% artıb
19 MART
300

Azərbaycanda sement istehsalı 52% artıb

2018-03-19 14:46:00

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 40% artaraq 67,7 mln. manat təşkil edib. Bu ilin iki ayında ölkədə 352,8 min ton sement istehsal edilib. Bu, 2017-ci ilin iki ayı ilə müqayisədə 52,1% çoxdur.

İlin iki ayında 4,0 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 8,2% azdır. Tikinti kərpicinin istehsalı isə 1,8 dəfə artaraq 40,0 min kubmetr təşkil edib.

Yanvar-fevral aylarında şüşə lifindən iplik istehsalı 50,6% azalaraq 50,5 ton olub. Tikinti gipsinin istehsalı da 87,2% azalaraq 2,3 min ton olub. Yanvar-fevral aylarında tikinti əhənginin istehsalı 22,8% azalaraq 3,4 ton təşkil edib.

Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 9,1 ton olaraq, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 32,3% azalıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 27,8% azalaraq 16,4 min kubmetr təşkil edib.

Ötən iki ay ərzində hörmə üçün hazır beton qarışığının istehsalı 3,9 dəfə artaraq 179,9 min ton təşkil edib.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256