SƏNAYE

Qəbələdə qızılgül istehsalına başlanılacaq - VİDEO
13 MART
253

Qəbələdə qızılgül istehsalına başlanılacaq - VİDEO

2018-03-13 10:12:00

Qəbələdə qızılgül istehsalına başlanılacaq. Bu məqsədlə rayonda 3 hektar ərazidə yüksək texnologiyalı istixananın inşasına start verilib. Layihə Avropada istixana tikintisi ilə məşğul olan məşhur Hollandiya şirkəti ilə birgə həyata keçirilir. Bütün tikinti materialları və avadanlıqlar Hollandiyadan gətiriləcək. 2018-ci ilin yay aylarında istifadəyə veriləcək istixanada 50 nəfər işlə təmin olunacaq. Burada 3 növ qızılgül yetişdiriləcək. Artıq Hollandiyadan əkin üçün 225 000 qızılgül tingi sifariş verilib. İstixanada hər m2 üçün 210-220 ədəd məhsul yığımı nəzərdə tutulur.

Mənbə: ARB TV

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256