SƏNAYE

Bu avtomobillər Azərbaycanda istehsal ediləcək
13 MART
2797

Bu avtomobillər Azərbaycanda istehsal ediləcək

2018-03-13 09:35:00

Neftçala Sənaye Məhəlləsinin ən böyük müəssisələrdən biri illik istehsal gücü 10 min avtomobil olan “Azərmaş" ASC  –  "İran Khodro" birgə avtomobil zavodudur. Fins.az xəbər verir ki, Azərbaycan-İran birgə müəssisəsi olan zavodda müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal ediləcək. Ümumi investisiya dəyəri 24 milyon manat olan müəssisədə 300 nəfər işlə təmin ediləcək. Müəssisəyə verilmiş investisiya təşviqi sənədi hesabına təqribən 2 milyon manat qənaət əldə olunub.

Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi istehsal və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır.

Eləcə də bax: Rusiyada türk pomidoru niyə satılmır?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256