SƏNAYE

Lənkəranda və Şəkidə sahibkarlar üçün treninqlər keçirilib
09 MART
250

Lənkəranda və Şəkidə sahibkarlar üçün treninqlər keçirilib

2018-03-09 13:27:00

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Lənkəranda və Şəkidə sahibkarlar üçün treninqlər keçirilib. Fins.az xəbər verir ki, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə KOS subyektləri üçün araşdırma və maariflənmə imkanlarının artırılmasına kömək məqsədilə keçirilən treninqlərdə iştirakçılara biznes ideyanın formalaşdırılması və həyata keçirilməsi yolları, biznes planın tərtibi, marketinq araşdırmaları sahəsində beynəlxalq təcrübə, tütün, barama və ipək istehsalında səmərəliliyin yüksəldilməsi, ixracın artırılması və s. barədə məlumat verilib.

Treninqlərdə iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, Apellyasiya Şuraları və sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.

Eləcə də bax: Sabirabad Sənaye Məhəlləsinin tikintisinə başlanılacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256