SƏNAYE

Kürdəmir: heyvandarlığın inkişafı üçün geniş perspektivlər var
09 MART
166

Kürdəmir: heyvandarlığın inkişafı üçün geniş perspektivlər var

2018-03-09 10:27:00

Kürdəmir rayonunda heyvandarlıq kənd təsərrüfatının ənənəvi və həm də aparıcı sahələrindəndir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, hər cins buzov üçün dövlət tərəfindən 100 manat subsudiyanın verilməsi, güzəştli kreditlər, müasir texnoloji avadanlıqlarla təminat üçün göstərilən dəstək və digər tədbirlər rayonda heyvandarlığın inkişafına, sahibkarların bu sahəyə marağının artmasına şərait yaradır.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Rayonda yaradılan müasir heyvandarlıq təsərrüfatlarından biri də “Kürdəmir Süd Kompleksi”dir. “Azərsun Holdinq”in 2013-cü ildən fəaliyyət göstərən “Kürdəmir Süd Kompleksi” MMC-də cins inəklərin sayı 124 başdan 700 başa çatdırılıb. Hər sağmal inəkdən gündə 34 litr süd əldə etmək olur. Kompleksin gündəlik istehsal gücü 180 tonadək olan süd emalı zavodunda İtaliya, İsveç, Almaniya və Türkiyə istehsallı texnoloji avadanlıqlar quraşdırılıb. Burada 70-dən çox heyvandarlıq məhsulu istehsal olunur. “Kürdəmir Süd Kompleksi”nin məhsulları nəinki bölgədə, eyni zamanda, Azərbaycanın bütün regionlarında satışa çıxarılır.

Qeyd edək ki, rayonda heyvandarlıqla məşğul olan 15-dən çox fermer təsərrüfatı fəaliyyət göstərir. Muradxan ərazi bölgəsində 1300-dən çox mal-qaranın bəsləndiyi “Vüqar”, Cəylidə “Zibeyir”, Şilyanda “Qoca” və digər fermer təsərrüfatları yerli bazara kifayət qədər məhsul çıxarırlar. Əlbəttə, heyvandarlıq məhsullarına tələbat da sahibkarların bu sahəyə marağını artırır və onun dinamik inkişafına səbəb olur. Hazırda istehsal edilən ətin 99,2 faizi, südün 92,2 faizi, yumurtanın 91,6 faizi sahibkar, ailə-kəndli və ev təsərrüfatlarının payına düşür.

Həyata keçirilən stimullaşdırıcı tədbirlər, eləcə də dövlət dəstəyi nəticəsində ötən il və cari ilin ilk iki ayında rayonda bütün göstəricilər üzrə heyvandarlıq məhsulları istehsalı artıb. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. Son illər lizinq yolu ilə alınan 365 baş cins düyə artırılaraq 650 başa çatdırılıb. Süni mayalama yolu ilə 955 baş cinsi yaxşılaşdırılan bala alınıb.

Əlbəttə, ölkəmizdə heyvandarlığın inkişafı bu gün insanların bu sahə üzrə məhsullarla təminatı, idxaldan asılılığın tamamilə aradan qaldırılması baxımından xüsusi önəm kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlər Kürdəmirdə də heyvandarlığın inkişafı üçün geniş perspektivlər açır.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267