SƏNAYE

“Star” neft emalı zavodu ilk məhsulunu istehsal edəcək
07 MART
289

“Star” neft emalı zavodu ilk məhsulunu istehsal edəcək

2018-03-07 16:38:00

SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşasını davam etdirdiyi “Star” neft emalı zavodunda ilk məhsul sentyabrın sonunda istehsal olunacaq.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Bu barədə “Star” neft emalı zavodunun baş direktoru Mesut İlter deyib. O bildirib ki, zavodun inşasının 97,9 faiz yekunlaşıb, layihənin icra vəziyyəti isə 98,7 faizdir. Layihə üzrə indiyədək ümumilikdə 16 min nəfərin çalışıb və 100 milyon/saat iş görülüb. İyunda zavod xam nefti qəbul edəcək. Yay aylarından etibarən zavod sınaq rejimində çalışacaq. Zavodda istehsal olunacaq ilk məhsul sentyabrın sonuncu həftəsində tankerlərlə yola salınacaq.

İllik 10 milyon ton xam neft emal gücü olacaq “Star” neft emalı zavodunda xam neft ilə əsas və ya digər məhsulların saxlanması məqsədilə tikilən ümumilikdə 76 ədəd çənin montajı və test işləri tamamlanıb. Gündəlik 34 min kubmetr xam neft emal edəcək “Star” zavodu Türkiyənin illik kəsirini təxminən 1,5 milyard dollar azaldacaq. Zavod bu il test rejimində işləməyə başlayacaq. 2018-ci ilin üçüncü rübündə zavodda istehsal ediləcək məhsulların satışının həyata keçirilməsi planlaşdırılır. “Star” neft emalı zavodu bu ilin dekabr ayından etibarən tam gücü ilə çalışmağa başlayacaq.

Zavodda yerüstü boruların 98 faizinin montajı yekunlaşıb. “Star” hər il 10 milyon ton xam neft emal edəcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu və 160 min ton kükürd istehsal olunacaq.

Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

Eləcə də bax: İmişli rayonunda iki yem emalı müəssisəsi istifadəyə verilib 

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272