SƏNAYE

Bu zavodda 89 çeşiddə dərman istehsal ediləcək
05 MART
325

Bu zavodda 89 çeşiddə dərman istehsal ediləcək

2018-03-05 20:00:00
2016-cı ildən başlayaraq Azərbaycan İnvestisiya Şirkəti ölkənin əczaçılıq məhsullarına olan tələbatının ödənilməsi, bu sahədə idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması və dərman məhsullarının keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə əczaçılıq sahəsində də layihələr həyata keçirməyə başlayıb.
Fins.az xəbər verir ki, 2016-cı ildə Pirallahı Sənaye Parkında İranla birgə ilk əczaçılıq layihəsi olan “Həyat Farm” Zavodunun təməli qoyulub. Bu layihədə AİŞ-in payı 10%-dir. Müasir dərman istehsalı ilə məşğul olacaq müəssisənin ümumi investisiya dəyəri 78 mln. ABŞ dollarıdır. İllik istehsal gücü 225 mln. qutu olan müəssisədə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal ediləcək. Zavodda 200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda zavodun layihəndirmə işləri aparılır və yaxın zamanlarda tikintiyə başlanılacaq. Zavodda ilk qablaşdırma 2018-ci ilin sonuna, dərman istehsalı isə 2020-ci ilin əvvəlinə planlaşdırılır.

Eləcə də bax: Azərbaycanda nəhəng dərman zavodu tikiləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256