SƏNAYE

BP: 2030-cu ildə qlobal neft tələbatı maksimuma çatacaq
21 FEVRAL
135

BP: 2030-cu ildə qlobal neft tələbatı maksimuma çatacaq

2018-02-21 10:57:00

2030-cu ildə qlobal neft tələbatı kəskin artacaq. Bu barədə BP-nin “Energy Outlook” hesabatında deyilir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Bildirilir ki, son illərdə elektrik enerjisi ilə çalışan nəqliyyat vasitələrinin sayının artmasına baxmayaraq, benzinlə işləyən nəqliyyat vasitələri 2016-cı ildə gündəlik 18,7 milyon barrel neft istehlak edib ki, bu da 2040-cı ilə qədər eyni səviyyədə qalacaq.

BP-nin hesablamalarına görə, qlobal enerji istehlakında bərpaolunan enerji mənbələrinin payı hazırda 4 faizdir və 2040-cı ildə 14 faizə qədər artacaq.

Şirkətinin baş icraçı direktoru Robert Dadli deyib: “Qlobal səviyyədə karbon emissiyasını azaltmaq üçün daha qətiyyətli bir plan həyata keçirmək lazımdır”.

BP-nin baş iqtisadçısı Spencer Dale isə bildirib ki, sürücüsüz avtomobillər çoxaldığı zaman nəqliyyat xərcləri 40-50 faiz azalacaq. 2030-cu ildə birgə istifadə edilən nəqliyyat vasitələrinin sayında kütləvi artım gözlənilir.

Eləcə də bax: Bu işləri görən sahibkarlara pul veriləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267