SƏNAYE

Qazaxda bayram yarmarkası təşkil olunacaq
15 FEVRAL
137

Qazaxda bayram yarmarkası təşkil olunacaq

2018-02-15 11:21:00

Novruz bayramının gəlişi ilə əlaqədar əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının təmin edilməsi məqsədilə Qazax şəhərindəki “Təzə bazar”da fevralın 17-dən kənd təsərrüfatı məhsullarının satış yarmarkası fəaliyyətə başlayacaq.

Yarmarkaya müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları çıxarılacaq. Ət və süd məhsulları, meyvə-tərəvəz, bayram süfrəsi üçün lazım olan bütün məhsullar bazar qiymətindən aşağı satılacaq.

Yarmarka Novruz bayramına qədər hər həftənin şənbə və bazar günləri fəaliyyət göstərəcək.

Eləcə də bax: Azərbaycanda sənaye istehsalı azalıb

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273