SƏNAYE

Əhalidən alınan xam yunu emal edəcək fabrik tikilir
14 FEVRAL
253

Əhalidən alınan xam yunu emal edəcək fabrik tikilir

2018-02-14 12:49:00

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yunəyrici-boyaq  fabrikində yun ipliklər və təmiz yun istehsal ediləcək. Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan fabrik İtaliya, Fransa və Türkiyə texnologiyası ilə fəaliyyət göstərəcək. “Azərxalça” ASC-nin mətbuat xidmətinin rəhbəri Ləman Ələşrəfqızı Fins.az-a bildirib ki, müəssisədə ildə 370 ton iplik və 195 ton təmiz yun istehsalı nəzərdə tutulur. Burada əhalidən alınan xam yun emal ediləcək, daha sonra onlardan ipliklər və təmiz yun əldə olunacaq. Fabrikdə, həmçinin boya prosesi də həyata keçiriləcək. İdxaldan asılılığı azaldacaq bu fabrikdə 100 nəfər işlə təmin ediləcək.

Eləcə də bax: Şəmkirdə şəkər çuğunduru sahələri genişləndiriləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254