SƏNAYE

Azərbaycana 160 milyon dollarlıq siqaret idxal olunub
14 FEVRAL
124

Azərbaycana 160 milyon dollarlıq siqaret idxal olunub

2018-02-14 10:15:00

Siqarətdən istifadə edənlərin sayı artıb. Bu da ölkəyə daha çox siqarət idxalını zəruri edib. Təkcə ötən il ölkəyə xaricdən 160 milyon dollar həcmində siqaret idxal olunub.

İqtisadçılar bildirir ki, siqarət istifadəçilərinin sayının artması idxala əsaslanan bu məhsul üçün hər il ölkədən külli miqdarda xarici valyutanın çıxmasına səbəb olur. Çıxış yolu ölkədə siqaret istehsalı fabrikinin fəaliyyətə başlamasıdır. Nəticədə siqaretin ixracından ölkəyə daha çox xarici valyuta gətirmək olar. Ölkəmizdə bu məhsulun xammal bazasını da formalaşdırmaq mümkündür.

İqtisadçı Günəş Şəfəqətov: “Dünyada siqaret istehsal edən şirkətlərin ümumi gəliri təxminən 35 milyard dollara bərabərdir. Ölkədə siqaret istehsal edən şirkət yaradılarsa, bu müsbət haldır. Çünki həmin müəssisənin fəaliyyət göstərməsi üçün xammal olmalıdır, xammalın da yetişdirilməsi üçün imkanlar var. Tütünçülüyün inkişafı da Strateji Yol Xəritəsində nəzərdə tutulub”.

Siqaret istifadəçilər bildirirlər ki, 1 ay ərzində təqribən 50 manat siqaretə pul xərcləyirlər. Mağazalarda əsasən qiyməti 2 manat 50 qəpiyə kimi olan siqaretlər daha çox satılır. Satıcılar bahalı siqaretlərin satışının zəif olduğunu qeyd edir. Siqaretdən istifadə etməyənlər isə, ona xərclənən pulun faydalı istiqamətlərə yönləndirməyin daha məqsədə uyğun hesab edirlər.

Təxmini hesablamalara görə, siqaret istifadəçisi olan bir nəfər il ərzində 547 – 730 manatını itirir. Bu isə, orta hesabla 10 ildə 5 – 7 min manat arası vəsait deməkdir.

Eləcə də bax: Sitrus meyvəçiliyinin inkişafına dair dövlət proqramını təsdiq edilib – SƏRƏNCAM

© ARB Aran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276