SƏNAYE

Bakıda su informasiya sistemi ilə bağlı təlimlər başlayıb
13 FEVRAL
158

Bakıda su informasiya sistemi ilə bağlı təlimlər başlayıb

2018-02-13 15:36:00

Azərbaycan və Avropa Ətraf Mühit Agentliyinin ekspertlərinin siyasi qərarların qəbul edilməsi və su ehtiyatlarının inteqrasiyalı idarəçiliyinin həyata keçirilməsini dəstəkləyə biləcək su informasiya sisteminin yaradılması üçün potensialı formalaşdıran 5 günlük təlim sessiyası öz işinə başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təlimin əsas məqsədi ətraf mühit üzrə birgə informasiyanın, o cümlədən planetimizdəki bütün həyat, ekosistemlər, cəmiyyət və iqtisadiyyat üçün vacib əhəmiyyətli resurs olan su sektoru üzrə məlumatların cəmləşdirilməsinin, hərtərəfli məlumata əsaslanaraq dəniz və şirin su ekosistemlərini dəstəkləyən, suyu süzməkdən, durultmaqdan və saxlamaqdan daşqınların qarşısının alınmasına qədər və iqlim tarazlığının saxlanmasından bioloji müxtəlifliyin qorunmasına qədər bir çox vacib amillərə xidmət edən etibarlı və səmərəli siyasətlərin formalaşdırılmasının mümkünlüyünü aşılamaqdır.

Qeyd edək ki, Birgə Ekoloji İnformasiya Sistemi (SEİS) II Şərq Layihəsi Avropa İttifaqının Avropa Qonşuluq Aləti (ENI) tərəfindən maliyyələşdirilir. Dörd illik layihə Ətraf Mühit üzrə Birgə İnformasiya Sisteminin prinsiplərini və təcrübələrini həyata keçirir. O, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində 6 ölkə arasında təcrübə mübadiləsi və ekoloji idarəetməni gücləndirməklə ətraf mühitin mühafizəsinin təşviqinə dəstək məqsədi daşıyır. Layihə biomüxtəliflik, su, torpaq, tullantılar, hava, kommunikasiya və ekoloji qiymətləndirmələr sahəsində potensialı formalaşdırır.

Eləcə də bax: 15 manat xərcləyib 500 manat necə qazanmaq olar? – MÜSAHİBƏ

© Foodinfo.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276