SƏNAYE

Azərbaycanda 36 baş törədici buğa bəslənir
13 FEVRAL
226

Azərbaycanda 36 baş törədici buğa bəslənir

2018-02-13 11:40:00

Yerli və xaricidən gətirilən mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında süni mayalanma əsas rol oynayır.  Azərbaycanda bu işi ötən il Göygöl rayonunda yaradılan Respublika Süni Mayalanma Mərkəzi həyata keçirir. 12 bölgədə regional məntəqəsi olan mərkəzdə 6 cins üzrə 36 baş törədici buğa bəslənir. Südlük, ətlik və qarışıq cinslərdən olan bu buğalar Almaniya, Avstriya və İrandan gətirilib. Mərkəzin Laboratoriyasında yerləşdirilən müasir avadanlıqlar bütün növ analizlərin aparılmasına, toxumların uzun müddət saxlanılmasına imkan verir.   Buğalardan götürülən toxumlar xüsusi soyuducularda -197 dərəcədə saxlanılır. Burada heyvanlar üçün klinika da yaradılıb.

Ötən il ölkə üzrə 130 mindən çox mal-qara süni mayalanma üsulu ilə mayalanıb, 100 minə yaxın sağlam bala alınıb. 4 min fermerə hər buzova görə 100 manat subsidiya ödənilib. Bu il Azərbaycana daha 10 min baş cins mal-qara gətirələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254