SƏNAYE

“Qarabağ Taxıl” alıcılara aqrokimyəvi məsləhətlər də verəcək
09 FEVRAL
274

“Qarabağ Taxıl” alıcılara aqrokimyəvi məsləhətlər də verəcək

2018-02-09 12:50:00

“Səba" şirkətinin taxılçılıq müəssisəsi olan "Qarabağ Taxıl” yeni əkin mövsümü üçün toxum satışına başladığını elan edib.

Şirkətdən verilən məlumata görə, müəssisə bu il aqronom məsləhəti qaynar xəttini də fermerlərin ixtiyarına verdiyini bildirib.

"Qarabağ Taxıl” dünyanın məşhur toxum istehsalçısı olan “DuPont” şirkətinin “Pioneer” brendinin qarğıdalı toxumlarının Azərbaycanda eksklüziv distribütorudur. Müəssisə bu brendin GMO-dan azad, Avropa istehsallı toxumlarını öz əkinlərində istifadə etməklə yanaşı, fermerlərə də təklif edir.

"Qarabağ Taxıl” bu il fermerlərə təklif etdiyi toxum çeşidində yeniliklər olduğunu bəyan edib. İlk dəfə olaraq, Azərbaycanda Türkiyənin məşhur MAY toxumçuluq şirkətinin soya toxumları təqdim olunmağa başlayıb. Bu məşhur brendin toxumlarını öz sahələrində sınaqdan çıxarıb, əkin sahələrində istifadə edən "Qarabağ Taxıl” "MAY-Agro Tohumculuk Sanayi ve Ticaret" şirkəti ilə bağladığı müqaviləyə əsasən, şirkətin soya toxumlarını fermerlərə də təqdim edir. “MAY Toxum”un xəstəlik və zərərvericilərə dözümlü, GMO-dan azad soya toxumları yüksək məhsuldarlıq qabiliyyətinə malikdir.

"Qarabağ Taxıl"ın Azərbaycanın ərzaq təhlükəsizliyinin təmini məqsədilə və fermerlərin yerli taxıl sortlarına tələbatını nəzərə alaraq istehsal etdiyi buğda toxumlarını da müəssisədən əldə etmək olar.

“Səba”dan toxum alan fermerlər eyni zamanda bitkilərə aqrokimyəvi qulluq barədə məsləhətlər əldə etmiş olacaqlar. Məqsəd müəssisənin təklif etdiyi toxumların yüksək məhsuldarlıq qabiliyyətini hər bir fermerin sahəsində nümayiş etdirmək və fermerlərin məlumatlılığını artırmaqdır.

“Səba”dan toxum almaq istəyənlər satış üçün (+99450) 271 82 00, aqronom məsləhəti üçün (+99450) 271 82 86 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259