SƏNAYE

Bu xidmətdən istifadə sarımsağın məhsuldarlığını artıracaqdır
11 YANVAR
214

Bu xidmətdən istifadə sarımsağın məhsuldarlığını artıracaqdır

2018-01-11 12:52:00

Sarımsaq yalnız yeməklərə dad qatmaq məqsədilə deyil, eyni zamanda tibbi məqsədlə də yüksək istehlak qabiliyətinə malik qədim tərəvəz bitkilərindəndir. Xeyirli xüsusiyyətləri saymaqla bitməyən sarımsağın yetişdirilməsi soğanınkına bənzəyir. Bildiyiniz kimi keçən ilin payızında əkin sahəsi ötən illərlə müqayisədə 3-4 dəfədəçox artan bu bitki fermerlərə böyük gəlir gətirməkdədir.

Ümumiyyətlə sarımsaq bitkisi əkininin sadəliyinə görə digər bitkilərdən fərqlənsə də, bu meyar sarımsağın yetişmədövründə gözlənilən ciddi təhlükələrin olmadığı anlamına gəlmir.

Bəs sarımsaq əkinində hansı təhlükələrə rast gəlmək olar?

Nematod, mikroskopik qurdlar və başqa həşərat, bakteriya və göbələk mәnşәli xəstəliklər sarımsaqda rast gəlinənəsas xəstəliklərdәndir. Mәsәlәn, bәyaz çürük, yarpaq ləkəsi, kif, soğan sürməsi, soğan milçəyi, nəmişlikdəçürüməkimi xәstәliklәr bu siyahının başında yer alır. Bu kimi xəstəliklər vaxtında tədbir görülməməsi (dərmanlamanın aparılmaması) nəticəsində baş verir.

Sarımsağın orta məhsuldarlığı 10-12 tondur, bir çox hallarda düzgün gübrələmә və suvarmanın aparılmamasısəbəbindən bu məhsuldarlıq 5-6 tona qədər enə bilir. Həm suvarma, həm dә gübrələmədә ideal aralığı saxlamaqüçün mütləşəkildə bütün normaları gözləmək lazımdır.

Bu gün bir çox fermer və ya sahibkarın sarımsaq əkininə ilk dəfə başladığı sirr deyil. Ötən illərdə bu bitkinin yüksək gəlir göstәricilәri ümumiyyətlə torpaq və ya əkin işi ilə məşğul olmamış insanları belə bu təsərrüfat növü ilə məşğul olmağa vadar etmişdir. Lakin yuxarıda qeyd etdiyim təhlükələr mövcuddur və bu sahәdә təcrübəsi vә biliyi olmayan insanların bu hallarla üzləşməsi qaçınılmazdır.

Əlbəttəöncədən aparılmış analizlər, gübrələmə və suvarma proqramlarıərazi səfərləri sahibkarları risklərdən qorunmaq üçün müsbət tədbirlər ola bilər. Əkin və əkindən sonra görülmüş işdə yol verilmiş səhvləri sahibkarlar fevral ayının sonundan başlayaraq qismən və ya əsaslı şəkildə doğru yanaşma tətbiq etməklə aradan qaldıra bilərlər. Bütün bunları nəzərə alan NPC Agro yeni bir xidmət təklif edir. Belə ki, xidməçərçivəsində aparılacaq işlәr sizi yuxarıda qeyd olunmuş risklərdən qorumaqla yanaşı, məhsuldarlığın 30-40% artımına da şərait yaradacaqdır.

Bu xidmət paketinə aşağıdakılar daxildir:

  • Mütəxəssislərin əraziyə səfəri;

  • Sahə analizlərinin aparılması;

  • Laboratoriya analizlərinin aparılması;

  • Dərmanlama reseptinin yazılması;

  • Gübrələmə reseptinin yazılması;

  • Alaq otları ilə mübarizə;

  • Məhsul yığımına qədər görüləcək işlərin planlaşdırılması;

  • Saxlanma şәraiti ilə bağlı məsləhət;

  • Satış barəsində məsləhət.

Bütün bu xidmətlər paketindәn yalnız 195 AZN dən başlayan qiymətlərlə yararlana bilərsiniz. Daha ətraflı məlumatüçün 051 311 00 55 və ya info@npcagro.com elektron məktub ünvanına müraciət etməklə əldə edə bilərsiniz.

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301