SƏNAYE

Ötən il Oğuzda 995 hektar sahədə yeni fındıq bağları salınıb
04 YANVAR
365

Ötən il Oğuzda 995 hektar sahədə yeni fındıq bağları salınıb

2018-01-04 14:29:00

Ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi Oğuz rayonunun kənd təsərrüfatı üçün də prioritet istiqamətlərdən biri sayılır. 2017-ci ilin yaz və payız mövsümlərində rayon ərazisində 995 hektar sahədə yeni fındıq bağları salınıb. Bu işlər 2018-ci ildə də davam etdiriləcək. Cari ildə rayonda daha 1000 hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur.

Bu barədə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Qəmzə Süleymanova məlumat verib.

Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 3 min hektara yaxındır. Bu bağların 1805 hektarı barverəndir. 2017-ci ildə fındıq bağlarından 903 ton məhsul tədarük olunub və istehsal əvvəlki illə müqayisədə 40 tondan çox artıb.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258