SƏNAYE

On bir ayda Bakıda ayaqqabı istehsalında artım olub
04 YANVAR
427

On bir ayda Bakıda ayaqqabı istehsalında artım olub

2018-01-04 11:13:00

Bu ilin yanvar-noyabr aylarında Bakının toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 95,8 milyon manat dəyərində məhsul istehsal edilib.

Bakı Şəhər Statistika İdarəsindən bildiriblər ki, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə toxuculuq sənayesində 9,9 faiz, geyim istehsalında 10,3 faiz, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 61,3 faiz artım müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258