SƏNAYE

Ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çox pambıq tədarük olunub
22 NOYABR
168

Ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çox pambıq tədarük olunub

2017-11-22 11:13:00
Noyabrın 21-dək ölkə üzrə 185 min 508,37 ton pambıq tədarük olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur. Dövlət Statistika Komitəsindən bildiriblər ki, ən çox pambıq tədarük edən rayonların siyahısına Saatlı (24527,30 ton), Biləsuvar (22662,24 ton), Bərdə (20000,47 ton), Ağcabədi (18029,21 ton) və Sabirabad (16492,50 ton) daxildir. Qeyd edək ki, bu il ötən illə müqayisədə ölkə üzrə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Ən çox pambıq Saatlı (17220 hektar), İmişli (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçalada (11111 hektar) əkilib.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289