SƏNAYE

Pambıq yığımı 185 min tona çatdı
21 NOYABR 2017
260

Pambıq yığımı 185 min tona çatdı

2017-11-21 10:35:00

Noyabrın 20-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 184 min 440 ton məhsul təhvil verilib. Dövlət Statistika Komitəsindən bildiriblər ki, ötən iki gündə 1942,07 ton pambıq tədarük olunub. Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçalada əkilib. Məhsul yığımında Saatlı pambıqçıları öndədirlər. Onlar noyabrın 20-dək 24 min 449 ton məhsul təhvil veriblər. Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq tədarük olunmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+4°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1108
  • ₽ RUB
    0.0301