SƏNAYE

"Aİ-98" markalı benzinin satışı nə vaxt bərpa olunacaq?
14 NOYABR
78

"Aİ-98" markalı benzinin satışı nə vaxt bərpa olunacaq?

2017-11-14 11:45:00

Azərbaycanda "Aİ-98 Super" markalı benzinin satışında yaranmış fasilə təxminən 1 ay davam edəcək.

Sözügedən markalı benzinin idxalı və satışı ilə məşğul olan "SOCAR Petroleum" QSC-nin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli bildirib ki, artıq yanacaq sifariş verilib: "Gömrük rəsmiləşdirilməsinə sərf olunan vaxtı da nəzərə alsaq, yeni yanacaq partiyası təxminən 1 ay sonra Azərbaycana gətiriləcək". 

Ü. Həbibbəyli bildirib ki, "Aİ-98 Super" markalı benzinin satışının dayandırılmasına səbəb mənbə ölkədə - Rumıniyada qiymətin artmasıdır. 

Şirkət rəsmisi deyib ki, "Aİ-98 Super" markalı benzin tədarük olunanadək istehlakçılar "Aİ-95 Premium" markalı benzindən istifadə edə bilərlər. "Bu qəbildən olan nəqliyyat vasitələrinin yanacaq çənində "95/98" qeydi var. Beləliklə, sürücülərimiz rahatlıqla "Aİ-98" markası olmadığı təqdirdə "Aİ-95" markasından istifadə edə bilərlər".

Onun sözlərinə görə, "Aİ-95 Premium" markalı benzinin 1 litrinin qiyməti 1,15 manat, "Aİ-98 Super" markalı benzinin 1 litri isə 1,30 manat təşkil edir.

Ü.Həbibbəyli əlavə edib ki, son zamanlar "Aİ-98 Super" markalı benzinə tələbat artıb: "Konkret bir statistika olmasa da, deyə bilərəm ki, tələbat ciddi şəkildə artıb".

©APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291