SƏNAYE

Azərbaycan Türkiyəyə 15 mln. dollarlıq elektrik enerjisi satıb
06 NOYABR
123

Azərbaycan Türkiyəyə 15 mln. dollarlıq elektrik enerjisi satıb

2017-11-06 15:42:00

Cari ilin yanvar-sentyabr ayları ərzində Türkiyə 1 mlrd. 210,506 mln. kilovat/saat və ya 95 mln. 112,254 min dollarlıq elektrik enerjisi idxal edib.

Fins.az xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qonşu ölkə elektrik enerjisi idxalını 62% azaldıb.

Cari ilin 9 ayı ərzində Bolqarıstan Türkiyəyə 28 mln. 25,308 min dollar dəyərində 594,419 mln. kilovat/saat ixrac edib.

Yanvar-sentyabr ayları ərzində Türkiyə Gürcüstandan 257,549 mln. kilovat/saat həcmində elektrik enerjisi idxal edib ki, bunun üçün 9 mln. 620,965 dollar ödənilib.

Hesabat dövründə Azərbaycan Türkiyəyə 14 mln. 768,307 min dollar dəyərində 228,519 min kilovat/saat elektrik enerjisi ixrac edib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291